Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

H.M.İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Hafiz Mahir oğlu İsmayılbəyli Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilsin.

Azərbaycan Respublikası
Milli Məclisi Sədrinin birinci müavini                 Z.Əsgərov

Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin