Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

HÜSEYN ƏRƏBLİNSKİ ADINA SUMQAYIT DÖVLƏT MUSİQİLİ DRAM TEATRININ ƏMƏKDAŞLARINA FƏXRİ ADLARIN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Azərbaycan Respublikasının xalq artisti”

Həkimova Svetlana Calal qızı

Süleymanov Məzahir Həbullah oğlu

“Azərbaycan Respublikasının əməkdar artisti”

Bağırov İzaməddin Zeynal oğlu

Məmmədov Vidadi Mansur oğlu

Musayeva Fəranə Əlimurad qızı

Nəsirova Ulduzə Süleyman qızı

Rəsulov Vaqif Nəcəf oğlu

Şirməmmədov Namis Xanmirzə oğlu

“Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi”

Mirhüseynov Kamal Mirhüseyn oğlu

Salmanov Səxavət Məmməd oğlu

Şükürov Mehman Şakir oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 sentyabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin