REGİONLAR
Hacıqabulda yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb
Hacıqabul, 9 sentyabr, Mahir Babayev, AZƏRTAC
Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, səhər saatlarında Qubadlı sakini, 1960-cı il təvəllüdlü İsgəndərov İzzət Atakişi oğlunun idarə etdiyi MAN markalı, 50 ZA 177 dövlət nömrə nişanlı yük maşını Yevlax sakini, 1986-cı il təvəllüdlü Qafarov Elşad Süleyman oğlunun idarə etdiyi “Mercedes” markalı, 66 BJ 952 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Nəticədə “Mercedes”də olan sərnişin, 1958-ci il təvəllüdlü Hüseynov Sabir İsmayıl oğlu hadisə yerində ölüb, 7 nəfər isə ağır xəsarət alıb. Yaralananlar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.