Hazırda paytaxtımızda sıxlıq müşahidə edilən yollar - SİYAHI
AzerTAg.az

Bakı, 27 yanvar, AZƏRTAC
Bakıda sıxlıq olan yollar açıqlanıb.
AZƏRTAC Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, aşağıdakı yollarda sıxlıq müşahidə edilir:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər);
5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
Xəbərin mətnində orfoqrafik səhv var