Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Həkim-infeksionist: Virus hər dəfə mutasiyaya uğrayanda bir xüsusiyyətini itirir

Həkim-infeksionist: Virus hər dəfə mutasiyaya uğrayanda bir xüsusiyyətini itirir

Bakı, 15 yanvar, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamının digər respirator virus xəstəliklərinin üstünlük təşkil etdiyi qış mövsümündə yayılması əhali arasında çaşqınlıq yaradır. Xəstəliklər arasında yaxınlıq və əlamət oxşarlığı olduğuna görə onun hansı infeksiyaya aid olduğunu müəyyən etmək asan olmur.

AZƏRTAC xəbər verir ki, Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov da müsahibəyə elə həmin infeksiyalar arasındakı oxşarlıqdan danışmaqla başlayıb: “Yuxarı tənəffüs yolları viruslarını ilk baxışdan bir-birindən ayırd etmək o qədər də asan deyil, çünki əlamətlər qeyri-spesifikdir, istənilən virus xəstəliklərində həmin əlamətlərə rast gəlmək mümkündür. Bunlar öskürək, başağrısı, əzələ ağrısı, temperatur, burun axıntısı, gözdə konyunktivit əlamətləri və başqalarıdir. Lakin bunların spesifikliyi yoxdur və bütün virus infeksiyalarında müşahidə edilə bilər. “Omikron” üçün xüsusi vurğulanmış əlamətlər hələ də öz təsdiqini tapmayıb. İlkin mülahizələrə görə daha çox başağrısı, əzələ ağrısı, qızdırma fonunda yuxarı tənəffüs yollarında öskürmə və asqırmanın daha az olması ilə xarakterizə edilir. Lakin bunların heç birinin dəqiq spesifikliyi yoxdur, fərddən fərdə dəyişə bilər. Xəstələrin bəzilərində sadəcə boğaz ağrısı və qızdırma, bəzilərində isə başağrısı və əzələ ağrısı ilə müşayiət olunur. Diaqnozun dəqiqləşdirilməsi üçün mütləq molekulyar testlər aparılmalıdır”.

Baş infeksionist COVID-19-un yaratdığı narahatlığın müddəti barədə bunları bildirib: “Proses təkcə bizim ölkəmizdə deyil, dünyada baş verdiyi üçün pandemiyanın sonunu proqnozlaşdırmaq nəzəri olaraq mümkün deyil. Azərbaycandakı gedişatı təxmin etmək olar, amma dünyadakı epidemioloji vəziyyətə biz nəzarət etmədiyimizə görə proqnozlaşdırmaq mümkünsüzdür. Lakin virusun təbii inkişafı - mutasiyaya uğrama prosesi var. Mutasiya virusun yaşama formasıdır. Yəni virus yaşamaq üçün mutasiyaya uğramaq məcburiyyətindədir. Hər dəfə virus mutasiyaya uğramaqla bir xüsusiyyətini itirir, digər yeni birisi əmələ gəlir. Ümumiyyətlə, dünyada pandemiyaların bitməsi üç şəkildə - qlobal vaksinasiya, mutasiyalar və kollektiv immunitetin formalaşması nəticəsində olur. Qeyd etməliyik ki, istər peyvənd vurduranlarda, istər xəstəliyi keçirənlərdə qoruyuculuq müddəti uzun çəkmədiyinə görə eyni vaxtda hamının xəstələnib və peyvənd edilməsi qeyri-mümkün olduğuna görə kollektiv immunitet məsələsi ikinci plana keçir. Pandemiyanın başa çatması üçün biz ancaq virusun mutasiyaya uğraması nəticəsində xəstəliyin zəifləməsi və peyvənd aparılmasının gücləndirilməsinə bel bağlamalıyıq. COVID-19-un konkret olaraq nə vaxt başa çatacağı ilə əlaqədar fikir söyləmək hələ tezdir. Gedişat onu göstərir ki, virus gücünü itirir. Həqiqətən də orqan tutulması azalıb, əvəzində yoluxdurma gücü artıb. Bu da özünü xəstələrin sayının çoxluğunda, xəstəxanaya yatışların və ölümlərin sayının azalmasında göstərir. Get-gedə vücudumuz virusa, virus da vücudumuza alışır. Ümid etməyə dəyər ki, gələcəkdə bu virus artıq digər respirator viruslar kimi ciddi problem yaratmayacaq. Əslində xəstəliyin yüngül keçirilməsi aktiv immunitet qazanmaqdır. Bu gün aparılan vaksinasiya prosesi isə passiv immunitet qazanma hesab edilir”.

O, ötən ilin axırlarından əhali arasında yayılan virus haqqında danışmağı da unutmayıb: “Ötən il dekabrın əvvəllərindən təkcə Azərbaycanda deyil, bütün dünyada klassik ”influenza” virusu yayılıb. Ötən ilin qış mövsümündə karantin rejimi və məhdudiyyətlərlə əlaqədar olaraq yuxarı tənəffüs yolları maska ilə örtüldüyünə və əl gigiyenasına əməl olunduğuna görə həmin virusla o dərəcədə üzləşmədik. Lakin bu, o demək deyil ki, virus yoxa çıxıb. Alınan test nəticələrinin əksəriyyətində də “influenza” A virusu, yəni qripin törədicisi təsbit edilir. “İnfluenza” klassik gedişata sahib olan virusdur: yüksək qızdırma, üşümə, titrəmə, əzələ və baş ağrıları ilə gedir və sonra bir neçə gün, bəzi xəstələrdə iki həftəyə qədər öskürək davam edə bilər. Həmin xəstəliyin əlamətləri oxşar olsa da, COVID-lə qarışdırmamaq lazımdır. Qrip virusunun gedişi təbii ki, mülayimdir və COVID-lə müqayisə olunacaq gedişat deyil. “İnfluenza” ilə əlaqədar pnevmoniyalar mində bir hallarda baş verir və bu daha çox immun sistemi zəif, digər ağır yanaşı xəstəlikləri olanlarda bəzən ağciyərdə pnevmoniyalara səbəb ola bilər. Əlbəttə ki, onu COVID-un səbəb olduğu pnevmoniya ilə müqayisə etmək olmaz və adətən 5 yaşdan kiçik uşaqlar həmin virusa daha çox yoluxurlar. Lakin 65 yaşdan yuxarı olanlar, yanaşı ağciyər, ürək-damar və şəkərli diabeti xəstəlikləri olanlar da nisbətən ağır keçirmək riski altındadır. Ölkəmizdə qrip əleyhinə vaksin var və hər il oktyabr-noyabr aylarında onun peyvəndlənməsi aparılır”.

“Omikron” ştamından qorunmaq yolları barədə məlumat verən həkim-infeksionist deyib: “Nə qədər klassik səslənsə də, respirator viruslardan qorunmağın yolları dəyişmir. Sıxlıq yerlərdən və xəstə ilə təmasdan uzaq olmaq, əl gigiyenasına riayət etmək, maska taxmaq, xəstəlik əlamətləri hiss edən kimi ətrafdan təcrid olunmaq məsləhətdir. Pandemiya dönəmində istənilən əlamətləri hiss edən kimi mütəxəssis həkimə müraciət etmək lazımdır, çünki bəzən adi qəbul edilən hansısa bir narahatlıq çox ciddi bir xəstəliyin başlanğıcı ola bilər. Xüsusilə risk qrupundan olanlar üçün belə hal həyati təhlükə törədir. Nəzərə almaq lazımdır ki, infeksiyanı keçirmiş və hətta peyvənd olunanlar arasında immunitet çatışmazlığı olanlar da var, ona görə də mütləq şəkildə peyvəndlənmə aparılmalıdır. Bir rəqəmi qeyd etmək istəyirəm ki, “omikron” ştamına qarşı aparılan ilkin tədqiqatlarda müəyyən edilib ki, iki doza vaksin 25 faiz qoruduğu halda “buster” dozadan sonra həmin qoruyuculuq 70 faizi aşır. Ona görə də mütləq şəkildə yubanmadan “buster” dozanı vurdurmaq vacibdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib