SİYASƏT


Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başlayıb

Bakı, 22 iyun, Nicat Məmmədov, AZƏRTAC

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, iyunun 22-də Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlimlər başlayıb.

AZƏRTAC xəbər verir ki, təlimlərin işıqlandırılması üçün Azərbaycan jurnalistlərindən ibarət qrupun Hərbi Dəniz Qüvvələrinə mediaturu təşkil olunub.

Döyüş və təminat gəmiləri, eləcə də dəniz piyadalarının iştirakı ilə keçirilən təlimlərin məqsədi Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və HDQ-i birləşmələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılmasıdır.

İki mərhələdə keçirilən təlimlərdə döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqları da təkmilləşdiriləcək.

Təlimlərin birinci mərhələsində gəmi və katerlər döyüşə və səfərə hazırlanacaq, düşmənin suüstü hücum vasitələrini və üzən minalarını məhv edəcək, eləcə də təyin olunmuş rayonda lövbərə duraraq universal müdafiəni təşkil edəcək.

Təlimlərin ikinci mərhələsində Xəzər dənizinin ölkəmizə məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi, qəzaya uğramış gəmiyə yardımın göstərilməsi nəzərdə tutulub.

Təlimlər iyunun 23-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.