İQTİSADİYYAT


Hərbi Gürcüstan yolunda gözləyən sürücülərin Gürcüstana Azərbaycan ərazisindən keçərək getməsi tövsiyə olunub

Bakı, 9 yanvar, AZƏRTAC 

Güclü qar yağdığına görə bağlanmış Hərbi Gürcüstan yolunda gözləyən sürücülərin Gürcüstana Azərbaycan ərazisindən keçərək getməsi tövsiyə olunub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiyanı Cənubi Qafqaz ölkələri ilə birləşdirən Hərbi Gürcüstan yolunun güclü qar yağması səbəbindən bağlanması nəticəsində bu yolda gözləyən maşınların sayı gün ərzində artaraq 120-dən 200-ə çatıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin məlumatına görə, hazırda Rusiya sərhədində 198 vahid texnika, o cümlədən 24 minik maşını toplanıb. “Verxni Lars” buraxılış məntəqəsi rayonunda yolun açılacağını gözləyənlər üçün Baş İdarə tərəfindən isinmə məntəqəsi açılıb. Burada isti çay içmək, mobil qurğuları doldurmaq olar.

İki gündür Gürcüstan ərazisində əlverişsiz hava şəraiti hökm sürür. Bununla əlaqədar olaraq Rusiya-Gürcüstan sərhədini keçmək istəyənlərə Gürcüstan ərazisinə getmək üçün alternativ marşrutlardan, məsələn, hava yollarından, Batumi şəhərinə qədər bərə keçidindən, “Yaraq-Qazmalar” avtomobil buraxılış məntəqəsindən (Azərbaycan ərazisindən tranzitlə) istifadə etmək tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.