ORDU
Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən növbəti hərbi hissəsinin açılış mərasimi keçirilib
Bakı, 23 iyun, AZƏRTAC
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov HHQ-nin cəbhəboyu zonada yerləşən yeni inşa olunan növbəti hərbi hissəsinin açılışı mərasimində iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan general-leytenant R.Tahirov ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, ərzaq və əşya anbarı, qazanxana, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Bildirilib ki, yeni hərbi hissədə yaradılan şərait HHQ-nin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək və döyüş növbətçiliyinin daha da keyfiyyətli aparılmasını təmin edəcək.