Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Hərbi Prokurorluqda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasındakı Memorial Soyqırımı Muzeyində keçirilən tədbirdə Azərbaycan Respublikası baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Hərbi Prokurorluğun əməkdaşları, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı Rayon İcra Hakimiyyəti əməkdaşları, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni, MQF-nin əməkdaşları, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, ictimaiyyətin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra konfrans iştirakçıları Memorial Soyqırımı Muzeyini ziyarət ediblər. Onlara muzey və burada saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

Daha sonra Xocalı soyqırımı qurbanları barədə məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

Konfransı açıq elan edən hərbi prokuror Xanlar Vəliyev Xocalı soyqırımına ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncamdan, eləcə də həmin sənədin icrasından irəli gələn vəzifələrdən bəhs edib. Tarix boyu Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımlar, terror aktları və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş xüsusilə ağır cinayətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verən Xanlar Vəliyev bu barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən genişmiqyaslı işlərdən söz açıb. Həmin müdhiş gecədə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə hücumundan, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq şəhərə zirehli texnika yeridilməsindən, dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından danışan Xanlar Vəliyev Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın xüsusi amansızlıqla qətlə yetirildiyini, 487 nəfər dinc sakinin ağır yaralandığını və 1275 nəfərin isə girov götürüldüyünü bildirib. Hərbi Prokuror, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi “Xocalıya Ədalət!” kampaniyasından, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən səmərəli fəaliyyətdən, sistemli və ardıcıl tədbirlərdən danışıb.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq təcavüzkar erməni millətçiləri tərəfindən Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və Dağlıq Qarabağ probleminin ortaya atılması xalqımıza qarşı soyqırımı törədilməsi, azərbaycanlıların kütləvi şəkildə qırğını, əsrlər boyu yaşadığı tarixi ərazilərindən, doğma torpaqlarından deportasiyası, şəhər və rayonlarımızın talan edilməsi, mədəniyyət abidələrimizin dağıdılması və milli genofondumuzun məhvinə yönəlmiş digər qəsdlər ilə nəticələnib. Azərbaycan Respublikasının işğal altındakı ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkilində və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik respublika hərbi prokuroruna həvalə edilməklə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb. Xocalı soyqırımı ilə bağlı aparılan cinayət təqibi zamanı 7 minədək istintaq hərəkəti həyata keçirilib, o cümlədən 1771-i şahid və 2699-u zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertiza keçirilib, digər istintaq hərəkətləri icra olunub.

Anım tədbirində Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, MQF-nin prezidenti Rauf Zeyni, vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova və digərləri çıxışlarında bəşər tarixində ən dəhşətli qətliamlardan olan Xocalı soyqırımı barədə ətraflı məlumat veriblər.

Çıxışlardan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə hazırlanan “Əsrin faciəsi” videoçarxı nümayiş etdirilib.

Konfransa yekun vuran Xanlar Vəliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində aparılan səmərəli təbliğat işləri nəticəsində dünya ictimaiyyətinin əsl gerçəklikləri artıq yaxşı dərk etdiyini vurğulayıb. Hərbi Prokuror Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və qətiyyətli siyasi iradəsi sayəsində işğal altındakı torpaqlarımızın azad ediləcəyi və xalqımıza qarşı xüsusilə ağır cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyi günün uzaqda olmadığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər