Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hərbi ekspert: Azərbaycanda peşəkar və böyük imkanlara malik silahlı birləşmələrin yaradılması işi davam etdirilir

Hərbi ekspert: Azərbaycanda peşəkar və böyük imkanlara malik silahlı birləşmələrin yaradılması işi davam etdirilir

Bakı, 5 yanvar, AZƏRTAC

Regionda, ümumilikdə dünyada mövcud hərbi-siyasi vəziyyət, həm də yerləşdiyi coğrafiya Azərbaycandan daim yüksək döyüş hazırlıqlı Silahlı Qüvvələrə malik olmasını tələb edir. Prezident İlham Əliyevin son çıxışında ölkəmizin hərbi gücünün artırılmasına dair fikirləri faktiki olaraq artıq yerinə yetirilməkdədir. Ötən il Azərbaycan Vətən müharibəsində sərf etdiyi raket və sursatları artıq demək olar ki, tamamilə bərpa edib. 2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb. Silah və texnikaların alınması isə aktiv fazadadır, bu proses davam edir. Ümumilikdə yeni hərbi hissələrin və birləşmələrin yaradılması Azərbaycan Ordusunun Türkiyənin ordu modelinə keçidi prosesi çərçivəsində həyata keçirilir.

Bunu hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.

Ə.Verdiyev bildirib ki, dövlətimizin başçısı çıxışında bu il artıq Azərbaycanda yeni hərbi birləşmənin - komando qüvvələrinin yaradıldığını qeyd edib. Bu proses çərçivəsində Quru Qoşunlarının tərkibində yeni ordu korpusunun və ona tabe olan hərbi hissələrin komplektləşdirilməsi tamamilə yekunlaşıb. Bu hərbi hissələr korpusun taleyində döyüş vəzifələrini icra etməkdədir. Bundan başqa, Azərbaycan son beş ayda dörd yeni komando hərbi hissəsini yaratmağa nail oldu. Bu hərbi hissələr Türkiyədə təlimlərini başa vurduqdan sonra Azərbaycana qayıdan hərbçilərdən formalaşdırılıb. Həmin hərbi hissələrdən üçünün yaradılması barədə məlumat verilib. Dördüncü hərbi hissənin də formalaşdırılması prosesi gedir.

Hərbi ekspert vurğulayıb ki, Prezident İlham Əliyev Yeni il təbrikindəki çıxışında artıq komando qüvvələrinin yaradılmasından bəhs etdi. Eyni zamanda, bu hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verildiyini vurğuladı. Bu isə Azərbaycan Ordusunda yeni hərbi birləşmə deməkdir. Çünki indiyədək heç vaxt Azərbaycanda komando qüvvələri olmayıb. Komando hərbi hissələrinin yaradılmasına türk ordu modelinə keçid haqqında məlum bəyanatdan sonra başlanılmışdı. Bu komando qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdır. Onların sayı durmadan artırılır və bu iş davam etdiriləcək. Yeni yaradılan komando qüvvələri daim istənilən ərazidə və iqlim şəraitində ən mürəkkəb vəzifələri icra etmək məqsədilə formalaşdırılıb. Bu hərbi hissələrin sayı yaxın ayda təxminən iki dəfə artırılacaq. İlin sonuna qədər isə komando qüvvələrinin tərkibində 10-dan çox yüksək hazırlıqlı komando hərbi hissəsinin daxil olacağı gözləniləndir.

“Beləliklə, yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an torpaqlarımızı, sərhədlərimizi qorumağa hazır olmalıyıq. Yeni yaradılan komanda qüvvələrinə aid hərbi hissələrin düşmənin ehtimal olunan bütün təxribat istiqamətlərinə, o cümlədən Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə yaxın yerləşdirilməsi gözlənilir. Belə bir sxem üzrə hərbi hissələrin yerləşdirilməsi komando qüvvələrinə düşmənin mümkün təxribatlarına cəld reaksiya verməyə imkan yaradacaq. 2021-ci ildə Ermənistan-Azərbaycan sərhədində baş vermiş bəzi insidentlər onu göstərdi ki, Azərbaycan bu məsələdə üstünlüyü tam olaraq öz əlində saxlayır”, - deyə hərbi ekspert qeyd edib.

Ə.Verdiyev bildirib ki, bu fəaliyyətlər Azərbaycan və Türkiyə ordularının bir-biri ilə uyğunlaşdırılması və strukturlar arasında sinxron idarəetmənin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsində bütün dünyanın Azərbaycanın hərbi gücünü gördüyünü, Müdafiə Nazirliyinin xüsusi təyinatlılarının artıq dünyada tanındığını, onların qəhrəmanlığının, fədakarlığının, peşəkarlığının dastana çevrildiyini xatırlatdı. Digər tərəfdən, komando qüvvələrinin yaradılması Xüsusi Təyinatlı Qüvvələrimizin də resurslarını qismən qənaət etməyə imkan verəcək. Çünki əvvəllər həm taktiki, həm operativ, həm də strateji dərinlikdə vəzifələri Xüsusi Təyinatlı Qüvvələr yerinə yetirirdi. İndi isə taktiki və operativ dərinlikdə komando qüvvələri, strateji dərinlikdə isə Xüsusi Təyinatlı Qüvvələr fəaliyyət göstərəcək. Başqa sözlə desək, komando qüvvələrinin yaradılması xüsusi vəzifələrin eşelonlaşdırılması baxımından Xüsusi Təyinatlı Qüvvələrimizin resurslarını qorumağa imkan verəcək. Digər tərəfdən isə komando hərbi hissələrində xüsusi təyinatlı qüvvələrimiz üçün potensial kadr ehtiyatının yaradılması da mümkün olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO