SİYASƏT


Hərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qardaş ölkənin Sparta şəhərində keçirilən komando kursunu müvəffəqiyyətlə bitiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək hər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın və keçirilən kursun əhəmiyyətindən danışıblar.

Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi leytenant Elsevər Əliyev ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.

Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub, məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Sonda məzunların tribuna önündən təntənəli keçidi olub, xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.