Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1209-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 33.1-ci maddədə “məhkəmənin qərarı ilə” sözləri “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

2. 41.0.7-ci maddədə “məhkəmənin hökmü ilə” sözləri “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin