Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası” mövzusunda elmi-praktik seminar keçirib

Bakı, 4 dekabr, AZƏRTAC

Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsi çərçivəsində növbəti seminar dekabrın 4-də Masallı rayonunda keçirilib.

AZƏRTAC xəbər verir ki, budəfəki seminar “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası” mövzusunu əhatə edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək 2014-cü ildən etibarən keçirilən elmi-praktik seminarlar layihəsi çərçivəsində bir sıra maraqlı mühazirələrin oxunduğunu, ölkəmizin tanınmış ziyalılarının, alimlərinin ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti haqqında danışaraq ictimaiyyəti, xüsusilə də gəncləri Ulu Öndərin xidmətləri haqqında yeni faktlarla tanış etdiklərini bildirib.

“Çox xoşdur ki, bizim bu layihə paytaxtımızdan kənarda, ilk dəfə olaraq Masallıda keçirilir. Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması, tədqiqi və hərtərəfli inkişaf etdirilməsi bölgələrdə fəaliyyət göstərən hər bir Heydər Əliyev Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil etməlidir və edir”, - deyə Anar Ələkbərov qeyd edib. Məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycanın uğurla inkişaf edən ölkəyə çevrildiyini deyən Anar Ələkbərov xalqımızın milli ideya ətrafında birləşməsi, güclü milli mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması prosesinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiyini bildirib.

Anar Ələkbərov Heydər Əliyev irsinin tədqiqi və daha geniş auditoriyada təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 2015-ci ildən etibarən Heydər Əliyev Mərkəzi tərəfindən müxtəlif qurumların tərkibində Heydər Əliyev məktəblərinin yaradıldığını da qeyd edib. Ötən müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev İdarəçilik Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi, Masallı rayonunda “ASAN Həyat” kompleksinin nəzdində Heydər Əliyev İncəsənət Məktəbi yaradılıb. O, bugünkü məşğələnin də canlı telekörpü vasitəsilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində ümumilikdə 800-dən çox iştirakçı tərəfindən izlənildiyini deyib.

Anar Ələkbərov, həmçinin 2014-cü ildə Heydər Əliyev Mərkəzində ilk dəfə olaraq “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ümumrespublika bilik yarışının təşkil edilməsi ilə gözəl ənənənin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, bu günədək ardıcıl keçirilən yarışlarda iştirak edən, mövzuya maraq göstərən tələbələrin sayının ildən-ilə artması, gənclərin bu bilik müsabiqəsinə həvəs göstərməsi sevindirici haldır.

“Heydər Əliyev həm sovet dönəmində, həm də müstəqillik illərində iqtisadiyyatın inkişafına böyük önəm verirdi. Ümummilli liderin fikrincə, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir və istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”, - deyən Anar Ələkbərov Heydər Əliyevin bu sahədəki xidmətləri barədə Ümummilli Liderlə uzun illər çiyin-çiyinə çalışmış iqtisadçı-alim, akademik Ziyad Səmədzadənin mühazirəsinin əhəmiyyətli olacağını bildirib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə mühazirəsində Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz açıb. Bildirib ki, Sovet İttifaqına daxil olan müttəfiq respublikaların rəhbərləri bir qayda olaraq ittifaq tərəfindən müəyyən edilən “oyun qaydaları” əsasında fəaliyyət göstərirdilər. Hər bir mühüm məsələ SSRİ dövlətinin nəzarətində idi. Lider kimi fəaliyyət göstərmək üçün çoxlu məhdudiyyətlər var idi. 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev də bütün bu məhdudiyyətlərlə, çətinliklərlə üzləşməli oldu. Üstəlik də respublika iqtisadiyyatında, sözün əsl mənasında, ağır vəziyyət yaranmışdı: bütün əsas sosial-iqtisadi göstəricilərə görə Azərbaycan ittifaqda axırıncı yeri tuturdu. Heydər Əliyev, ilk növbədə, iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı, risklər edərək bir sıra təşkilati tədbirlər həyata keçirdi. İttifaq hökuməti qarşısında respublikanın gələcək iqtisadi həyatı ilə bağlı məsələlər qaldırdı və qısa vaxt ərzində sovet hökumətinin Azərbaycan Respublikasının inkişafına dair xüsusi qərarın qəbul edilməsinə nail oldu. Milli gəlir, sənaye, kənd təsərrüfatı məhsulları istehsalında 60-cı illərdəki gerilik aradan qaldırıldı, yeni keyfiyyətli inkişafın fundamental əsaslarının möhkəmləndirilməsi üçün xeyli iş görüldü.

Akademikin sözlərinə görə, Heydər Əliyev qəti qərara gəlmişdi ki, respublika iqtisadiyyatının uzaq gələcəyə yönələn inkişafı elmi-texniki tərəqqini müəyyən edən sahələrin daha üstün inkişafından çox asılı olacaq. Bu strateji xətti həyata keçirmək üçün Heydər Əliyev titanik fəaliyyət göstərdi, ciddi maneələrin aradan qaldırılmasına nail oldu. 1976-cı ildə Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanda sənayenin təkmilləşməsinə dair çox mühüm sənəd qəbul etdilər. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan sənayesinin inkişafı tarixində mühüm rol oynayan bu proqramın uğurla reallaşması üçün böyük təşkilati iş aparıldı. Nəticədə sənayenin vacib proporsiyaları xeyli yaxşılaşdı, yeni tipli sənaye müəssisələri, istehsal sahələri istifadəyə verildi, on minlərlə yeni iş yeri yaradıldı, sənayenin ixrac potensialı xeyli artdı, istehsalın mədəni-texniki səviyyəsi yüksəldi.

1976-1980-ci illərdə Azərbaycan sənayedə məhsul istehsalının artımına görə SSRİ-də birinci yerə çıxdı. Sənayenin strukturunda maşınqayırma və metal emalı sənayesinin payı 1965-ci ildəki 10 faizdən 16,3 faizə qalxdı. Elmi-texniki tərəqqini müəyyən edən sənaye sahələrində istehsalın həcmi əvvəlki onillikdəki səviyyəyə nisbətən 2,4 dəfə artdı. 1970-ci illər Azərbaycan tarixinə, sözün əsl mənasında, sənayenin intibah dövrü kimi daxil oldu.

Ziyad Səmədzadə qeyd edib ki, XX əsrin əvvəllərində, istərsə də sovet hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatında əsas rolu neft sənayesi oynayırdı. Heydər Əliyev iqtisadiyyatın maddi-texniki bazasında yaranmış geriliyin aradan qaldırılması, qeyri-neft sahələrinin üstün inkişafının təmin edilməsi üçün əsaslandırılmış təkliflər hazırladı. 1971-1975-ci illərdə respublika iqtisadiyyatına 1966-1970-ci illərdəkindən 30 faiz çox vəsait qoyuldu, 64 iri sənaye müəssisəsi istifadəyə verildi.

Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını inkişaf etdirməklə bağlı müəyyən etdiyi strategiyada aqrar sektor xüsusi yer tuturdu. 1960-cı illərdə Azərbaycan kəndində əhalinin yarısı yaşayırdı, kənd təsərrüfatında istehsal olunan milli gəlir də böyük çəkiyə malik idi. 1971-1975-ci illərdə 1966-1970-ci illərə nisbətən məhsul istehsalı 34 faiz artdı, bir sıra vacib sahələrdə yüksək göstəricilərin əldə edilməsinin möhkəm təməli yarandı. 1976-1980-ci illərdə Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun artımına görə ittifaqda birinci yerə çıxdı.

Akademik bildirib ki, 1970-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı göstəriciləri tarixi inkişafın ayrı-ayrı dövrləri ilə müqayisə etdikdə, birmənalı olaraq bu nəticəni çıxarmaq olar: Azərbaycanın 1969-1985-ci illəri əhatə edən dövründə iqtisadiyyatda yüksək artım sürəti təmin edilmiş, onun keyfiyyət göstəriciləri əsaslı surətdə yaxşılaşmışdı ki, bütün bunlar da müstəqil Azərbaycanın iqtisadi bazasının formalaşması və inkişafında müstəsna rol oynamışdı.

Ziyad Səmədzadənin sözlərinə görə, 70-ci illərdə yaradılmış, elmi-texniki istehsal potensialı olmasaydı, bu gün müstəqil Azərbaycan çoxlu çətinliklər, problemlərlə üzləşə bilərdi. Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtdıqda, respublikanı ağır fəlakətdən qurtarmaq üçün Azərbaycanın tarixi-iqtisadi xüsusiyyətlərinə, xalqın mentalitetinə, geosiyasi şəraitinə, milli mənafelərinə uyğun inkişaf strategiyası hazırladı, düşünülmüş və əsaslandırılmış sistemli tədbirlər həyata keçirdi, beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələrlə əməkdaşlığın formalaşması, iqtisadi islahatların aparılmasını prioritet vəzifələr kimi müəyyən etdi.

“Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır”, - deyə Z.Səmədzadə vurğulayıb.

Bildirilib ki, Heydər Əliyev ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatını dirçəltmək, bütünlükdə dövlətimizin müstəqilliyinin qorunmasını təmin etmək üçün düşünülmüş strategiya seçdi və bu strategiyada neft amilinə üstünlük verdi. Bu, yeganə çıxış yolu idi. Bu, dünya inteqrasiyasına qovuşmaq, maliyyə imkanları, demək olar ki, tükənmiş respublikaya investisiyaların cəlb edilməsi yolu idi. 1994-cü ildə Azərbaycan dünyanın böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı. “Bu, müstəqil Azərbaycan dövlətinin, onun prezidentinin tarixi uğuru idi. Bu, eyni zamanda, Azərbaycanın dünya inteqrasiyasında fəal iştirakı üçün əlverişli imkanların yaradılması idi.

Akademikin sözlərinə görə, Heydər Əliyev sübut etdi ki, Azərbaycan suveren dövlət kimi öz təbii sərvətlərinin sahibidir və tarixin ona verdiyi bu şansdan xalqının mənafeyi naminə uğurla istifadə edilməlidir. O, neft siyasətini ümumi inkişaf strategiyası, hüquqi demokratik cəmiyyətin prinsipləri ilə əlaqələndirdi, milli mənafelər, investisiya mühitinin yaxşılaşması üçün zəruri tədbirlər həyata keçirdi, Amerika və Avropanı Azərbaycanın maraqlarına cəlb etdi. Bütün bunlar da Azərbaycan dövlətinin beynəlxalq aləmdə imicinin yüksəlməsinə, respublikaya investisiya axınının güclənməsinə əlverişli şərait yaratdı, respublikamızın müstəqil bir dövlət kimi imkanlarını genişləndirdi.

“Bu gün Azərbaycan dövləti çoxsaylı alternativ neft-qaz ixracı ilə bağlı nəql marşrutlarına malikdir. Bu isə ölkəmizin müstəqilliyinin qorunması, onun iqtisadi təhlükəsizliyi üçün çox güclü amil deməkdir. Azərbaycan dövlətinin müəyyən etdiyi inkişaf strategiyasında prinsipial məqamlardan biri də ondan ibarətdir ki, neft məqsəd yox, vasitədir. Odur ki, qeyri-neft sektorunun daha sürətli inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdi və bu da öz müsbət nəticələrini verir”, - deyə Ziyad Səmədzadə bildirib.

Qeyd edilib ki, Azərbaycan dövləti yaxın və uzaq gələcək üçün iqtisadi inkişaf strategiyasında aqrar sektorun daha davamlı inkişafını nəzərdə tutub. “Azərbaycan qlobal dünya böhranı dövründə səylərini ölkədə maliyyə sabitliyinin qorunmasına yönəldib” - deyən Ziyad Səmədzadə bildirib ki, Heydər Əliyevin Fərmanı ilə 2002-ci ildə təsdiq edilən “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” ölkədə sahibkarlığın inkişafına böyük təkan verdi. Son illərdə bu işlər daha sürətlə davam etdirilir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən dövlət proqramlarında müəyyənləşdirilmiş istiqamətlər: ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, regionlarda sahibkarlığın maliyyə təminatının artırılması, istehsal resursları və kadr potensialı haqqında məlumat bazasının yaradılması, infrastrukturun inkişaf etdirilməsi, dövlət-özəl sektor münasibətlərinin inkişafı, sahibkarların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi və sahibkarlara texniki yardımın genişləndirilməsi üzrə işlər uğurla davam etdirilir.

2004-cü il fevralın 11-də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər)” təsdiq edilməsi haqqında Fərman imzaladığını xatırladan natiq bu proqramın ölkə əhalisi üçün böyük əhəmiyyət kəsb edən, bir neçə fundamental məsələnin həllinə yönələn məqsədləri nəzərdə tutduğunu bildirib. Bunlar ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin olunması və neft amilindən asılılığın azaldılması, regionlar arasında sosial-iqtisadi inkişafa görə yaranmış uyğunsuzluqların, səmərəsiz miqrasiya proseslərinin xeyli dərəcədə yumşaldılması, regionların malik olduğu resurslardan səmərəli istifadə olunması, mövcud yerli istehsal müəssisələrinin fəaliyyətinin bərpası və gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, regionların istehsal, sosial infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasıdır.

Ziyad Səmədzadə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyini təsis etməsinin əhəmiyyətli addım olduğunu bildirib. O, regionlarda ictimai fəallığın artırılmasının, insan kapitalının inkişafının vacib olduğunu qeyd edib.

Akademik Ziyad Səmədzadənin sözlərinə görə, bu gün dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri, ekspertləri ölkəmizin dinamik inkişafını, qlobal dünya layihələrində iştirakını, cəmiyyətdə əldə olunmuş konsensusu, iqtisadi inkişafla sosial tərəqqi arasında tarazlığın yaradılmasını, müstəqil dövlətin inkişafının Azərbaycan modelini fərqləndirən vacib keyfiyyətlər kimi qiymətləndirirlər.

Elmi-praktik seminar daha sonra iştirakçıların sualları ətrafında müzakirələrlə davam edib. Bu müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi, Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzindəki dinləyicilər də iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Norveçli səyyahlar qrupu Cocuq Mərcanlı kəndində olub

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib