“Heydər Əliyev – 100 ilin xatirəsi” adlı tədbir təşkil edilib
AzerTAg.az
Bakı, 3 fevral , AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində 6 nömrəli məktəb-liseyin şagird və müəllim kollektivinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Heydər Əliyev – 100 ilin xatirəsi” adlı tədbir keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərin həyat və fəaliyyətinə, Vətən müharibəsində qazanılan şanlı Qələbəyə həsr edilən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən söz açaraq Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.
Daha sonra məktəb-liseyin şagirdləri Nəzrin Hüseynova, Əhməd Qasımbəyov, müəllim Təranə Səmədova və məktəb-liseyin direktoru, Əməkdar müəllim Gülşən Orucova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən, onun 6 nömrəli məktəb-liseyindəki tədbirlərdə iştirakından, Prezident İlham Əliyevin bu məktəbdə təhsil alması illərindən və prezidentliyi dövründə məktəb kollektivi ilə görüşlərindən danışıb.
Tədbirdə, eyni zamanda, məktəb şagirdlərinin ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.
Sonda məktəb-liseyin müəllim və şagird kollektivinin məktəbin fəxri məzunu, Prezident İlham Əliyevə minnətdarlıq məktubu oxunub.










Xəbərin mətnində orfoqrafik səhv var