“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı inşa-yazı müsabiqəsinə yekun vurulub
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Nərimanov rayon məktəbliləri arasında “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı inşa-yazı müsabiqəsinə yekun vurulub.
Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı inşa-yazı müsabiqəsi Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
İdarəyə 50 inşa daxil olunub. 7 nömrəli Bakı Peşə liseyinin şagirdi Məsumə Cavadova müsabiqənin qalibi olub.
Qaliblər Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatında müvafiq dərəcəli diplom, fəxri fərman və medallar ilə təltif olunacaqlar.
Qeyd olunub ki, müsabiqənin ən balaca iştirakçısı 34 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi Zəhra Rəhimli xüsusi diplom ilə təltif olunacaq.

Xəbərin mətnində orfoqrafik səhv var