HEYDƏR ƏLİYEV - 100


Hikmət Çətin: Heydər Əliyev türk dünyasının ağsaqqalı idi

Hikmət Çətin: Heydər Əliyev türk dünyasının ağsaqqalı idi

Bakı, 12 mart, Səadət Hakıyeva, AZƏRTAC

Qlobal Bakı Forumu ildən-ilə təkmilləşir və dünyanın gündəmində olan məsələlərin müzakirə edildiyi çox vacib platformaya çevrilir.

Bu fikirləri Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə martın 12-də keçirilən tədbirdə AZƏRTAC-a açıqlamasında söyləyib.

Hikmət Çətin deyib: “Problemlər var, amma onun həlli yolları, ümidlər də var. Münaqişələrin, müharibələrin də həlli vardır. Otuz il Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan, nəhayət ki, hərbi yolla öz torpaqlarını geri qaytardı. Davam edən təxribatlara baxmayaraq, qardaş Azərbaycan sülh gündəliyinə sadiqlik nümayiş etdirir. Cənubi Qafqazda təhlükəsizlik təmin olunmalıdır”.

Heydər Əliyevi tanıdığı üçün özünü çox şanslı hesab etdiyini söyləyən Türkiyənin sabiq xarici işlər naziri bildirib ki, Ulu Öndər Türk dünyasının ağsaqqalı idi: "Xoşbəxt və şanlı insanam ki, Türk dünyasının ağsaqqalı Heydər Əliyevlə yaxın münasibətlərimiz olub. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir”, - deyə Hikmət Çətin qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.