REGİONLAR


Hikmət Hacıyev: Ağdam regionun ən gözəl şəhərlərindən birinə çevriləcək

Bakı, 13 iyun, AZƏRTAC

İşğaldan azad olunduqdan sonra diplomatik korpus nümayəndələrinin Ağdama ikinci səfəri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bunu xarici diplomatik korpusun nümayəndələri ilə Ağdamda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, azad olunmasından cəmi 6 ay keçməsinə baxmayaraq, Ağdamda müsbətə doğru çox böyük dəyişiklik var, bərpa və yenidənqurma işlərinə başlanılıb.

“Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək”, - deyə H.Hacıyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.