REGİONLAR


Hikmət Hacıyev: Dağlıq Qarabağ münaqişəsinin həllində konsepsiyadan əməli işə keçməyin vaxtıdır VİDEO

Cəbrayıl, 7 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Beynəlxalq təşkilatlar və vasitəçilər 20 ildən artıqdır Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olsalar da, işğal altındakı torpaqlar hələ də azad edilməyib. Amma bu gün Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində məcburi köçkünlərin işğaldan azad olunmuş əraziyə təhlükəsiz şəraitdə geri qayıtması təmin olunur. Artıq münaqişədə konsepsiyadan əməli işə keçməyin vaxtıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev fevralın 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən media nümayəndələrinə müsahibəsində deyib.

“Hesab edirik ki, dövlətimizin başçısının Sərəncamı ilə Cocuq Mərcanlının bərpası istiqamətində həyata keçirilən bu layihə məcburi köçkünlərin doğma yurda qayıdışı prosesində bir pilot layihə olacaq və beynəlxalq təşkilatlar tərəfindən də nəzərə alınacaq. Azərbaycan Prezidentinin təşəbbüsü və iradəsi ilə həyata keçirilən layihə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq strukturlar bu məsələ ilə əlaqədar qəti iradələrini ortaya qoyublar”, - deyə Hikmət Hacıyev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.