SİYASƏT


Hikmət Hacıyev: Ermənistan dövlət səviyyəsində bu terror əməllərini bilərəkdən törədir

Bakı, 28 oktyabr, AZƏRTAC

Ermənistan tərəfindən Bərdə şəhərinin kasetli bombalardan atəşə tutulması nəticəsində 19 nəfərin həlak olması və 60-a yaxın insanın yaralanması bu ölkənin vandalizminin və barbarlığının daha bir bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə bildirib.

Prezidentin köməkçisi deyib ki, Ermənistanın beynəlxalq qanunla qadağan edilmiş kasetli bombalardan istifadə etməsi Azərbaycan xalqına qarşı növbəti soyqırımıdır. Kasetli bombalardan istifadə etməkdə Ermənistanın məqsədi daha çox dinc əhalini qətlə yetirməkdir.

Ermənistan dövlət səviyyəsində bu terror əməllərini bilərəkdən həyata keçirir. Bu, birbaşa Paşinyan tərəfindən verilən cinayət əmridir. Biz Azərbaycan olaraq dinc əhalini atəşə tutmaqdan uzağıq. Biz ermənilərin cavabını döyüş meydanında veririk. Ermənilər düşünməsinlər ki, biz bundan zəifləyirik, iradəmiz qırılır, əksinə, biz daha da güclənirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.