Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Ram Nat Kovində

Hörmətli cənab Prezident,

Hindistan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Hindistan əlaqələri tarixən təşəkkül tapmış xoş ənənələrə malikdir. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bu ənənələri daha da zənginləşdirəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 yanvar 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin