DÜNYA


Hindistanda terror aktı nəticəsində 10 hərbçi həlak olub

Bakı, 14 fevral, AZƏRTAC

Hindistanın nəzarətində olan və Pakistanla mübahisəli Cammu Kəşmir bölgəsində hindistanlı əsgərlərin xidmət etdikləri ərazidə bomba yüklənmiş avtomobilin partladılması nəticəsində 10 hərbçi həlak olub, daha 35 nəfər yaralanıb.

AZƏRTAC ANI informasiya agentliyinə istinadla xəbər verir ki, yaralanan əsgərlər yaxınlıqdakı hərbi hospitala çatdırılıb. Onların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə Pakistanla sərhəddə yerləşən əlavə hərbi qüvvələr cəlb olunub. Terror aktının müsəlman müqavimət hərəkatının üzvləri tərəfindən törədildiyi ehtimal olunur.

1947-ci ildə Böyük Britaniya əsgərlərinin Hindistandan çıxmasından sonra Kəşmir bölgəsi Pakistan və Hindistan arasında mübahisəli zonaya çevrilib. Həmin il əhalisinin 90 faizinin müsəlman olduğu bu ərazidə iki dövlət arasında müharibə başlayıb və 1965-1990-cı illərdə davam edib. Hazırda Kəşmirin 45 faizi Hindistanın, 35 faizi Pakistanın, qalan 20 faizi isə Çinin nəzarəti altındadır. BMT-nin bu münaqişə zonası ilə bağlı bir neçə qətnaməsi olsa da, Hindistan onlara əməl etməkdən boyun qaçırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.