MƏDƏNİYYƏT


Horadizdə “Ana Vətən” adlı konsert proqramı keçirilib

Bakı, 20 fevral, AZƏRTAC

Füzuli rayon Horadiz şəhər Muğam Mərkəzində Bakı şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin “Ana Vətən” adlı konsert proqramı təşkil olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə iştirakçılar foyedə 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra məktəbin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.