Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.11-ci maddədən “gücləndirilmiş elektron imza ilə təsdiq edilən və” sözləri çıxarılsın.

2. 2.0.13-cü maddə aşağıdakı redaksiyada verilsin:

“2.0.13. elektron kabinet – bu Qanunun məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, elektron imza sertifikatı və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə qarşılıqlı məlumat və sənəd mübadiləsini təmin edən fərdi elektron səhifə;”.

3. 5-1-ci maddə üzrə:

3.1. 5-1.1-ci maddəsinin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur.”;

3.2. 5-1.2-ci maddədən “yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş” sözləri çıxarılsın;

3.3. 5-1.6-cı maddənin birinci və ikinci cümlələrində “ünvanına” sözləri “kabinetinə” sözləri ilə əvəz edilsin;

3.4. 5-1.7-ci maddədə “ünvanına” sözü “kabinetinə” sözü ilə əvəz edilsin;

3.5. 5-1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“5-1.8. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət elektron qaydada dövlət qeydiyyatına alındıqdan sonra 2 iş günü müddətində qanuni təmsilçi (təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş cəmiyyətin sahibkarlıq fəaliyyətinə başlaması barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərməlidir.”;

3.6. aşağıdakı məzmunda 5-1.9-cu maddə əlavə edilsin:

“5-1.9. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu mobil operatorlar tərəfindən real vaxt rejimində cavablandırılmalıdır.”.

4. 7-2.4-cü maddənin birinci və ikinci cümlələrində “ünvanına” sözləri “kabinetinə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin