ELM VƏ TƏHSİL


IAEA-nın prezidenti Rendi Benet təşkilatın Bakıda keçiriləcək 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 22-dən 27-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik beynəlxalq konfransı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, IAEA-nın prezidenti Rendi Benet təşkilatın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA) adından sizi IAEA-nın 45-ci illik konfransında salamlamaqdan qürur və məmnunluq hissi duyuram! IAEA-nın missiyası peşəkar qarşılıqlı fikir mübadiləsi vasitəsilə dünya təşkilatları tərəfindən təhsilin qiymətləndirilməsi elminin və təcrübəsinin inkişafına yardım etməkdir.

Təşkilatçımız olan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) yenidən təhsilin qiymətləndirilməsi istiqamətində bənzəri olmayan möhtəşəm bir konfransın təşkil edilməsində IAEA-ya yüksək səylə dəstək göstərməkdədir. DİM maraqlı və informativ elmi proqram hazırlamış, eləcə də Xəzərin sahilində, gözəl Bakı şəhərində bir sıra ictimai tədbirlər planı tərtib etmişdir.

Builki konfransın təhsilin qiymətləndirilməsinin təkmilləşdirilməsi istiqamətində stimullaşdırıcı qarşılıqlı fikir mübadilələri ilə zəngin olacağı gözlənilir. “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusu qiymətləndirmənin məqsədləri və ondan istifadə metodlarını apardığımız tədqiqat və cəlb olunduğumuz təcrübələrdə əsas istiqamət olaraq ortaya qoyur.

Qoy bu konfrans zəngin ideyaları və müzakirələrinə görə, təşviq etdiyi qarşılıqlı fəaliyyətlərə görə xatırlanan bir tədbir olsun! Qoy bu konfrans təhsilin effektivliyinin artırılması və dünyamızın daha da zənginləşməsi ruhunda birlikdə işləməkdə bizə kömək etsin.

Hər birinizə məhsuldar, maraqlı və zövqlü həftə arzu edirəm. Təşəkkürlər!”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.