MƏDƏNİYYƏT
İCTİMAİ XADİMİN 100 İLLİYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Qazax Xeyriyyə Cəmiyyəti tanınmış dövlət xadimi və ictimai xadim Möhsün Poladovun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirmişdir.
Əvvəlcə, iştirakçılar mərhumun Fəxri xiyabandakı məzarını ziyarət etmiş, qəbirüstü abidəsinin önünə tər gül-çiçək dəstələri qoymuşlar.
Mərasimdə çıxış edənlər əmək fəaliyyətinə müəllimlikdən başlayan və kənd təsərrüfatı naziri vəzifəsinədək ucalan M.Poladovun bacarıqlı rəhbər işçi, gözəl dost kimi keyfiyyətlərindən danışmışlar. Tədbirdə yubileyi ilə əlaqədar M.Poladovun həyat və fəaliyyətindən bəhs edən “Əvəzsiz şəxsiyyət” kitabının təqdimatı da keçirilmişdir. Qeyd edilmişdir ki, Səməd Vurğun, Şamama Həsənova, Həmid Abbas və başqa müasirlərinin xatirələri dərc olunmuş kitab M.Poladovun 100 illiyinə layiqli töhfədir.