ELM VƏ TƏHSİL


“IFA 2018” sərgisində uşaqlar üçün yeni qurğu təqdim edilib

Bakı, 3 sentyabr, AZƏRTAC

Berlində keçirilən “IFA 2018” – Beynəlxalq istehlak elektronikası sərgisində uşaqların qadcetlərdən asılılığını məhdudlaşdırmağa kömək edəcək yeni qurğu təqdim olunub.

AZƏRTAC techcult.ru saytına istinadla xəbər verir ki, “TechDen” adlanan qurğu bloklama stansiyası, eyni zamanda, 26 santimetrədək diaqonallı ekrana malik iki smartfon və ya planşet üçün anbardan ibarətdir. Valideynlər “iOS” və ya “Android” əməliyyat sistemləri üçün xüsusi proqramı yükləməklə uşaqların mobil qurğulardan gündəlik istifadəsini planlaşdırmaq imkanı əldə edirlər. Bu plana uyğun olaraq, uşaqların hər biri öz qadcetindən müəyyənləşdirilmiş vaxt ərzində istifadə edə bilərlər.

Ekranda əks olunan informasiya “icazə” seansının bitməsinə nə qədər vaxt qaldığı haqda uşağa məlumat verir. Bununla yanaşı, valideynlər uşağın mobil qurğudan nə zaman və necə istifadə etdiyini nəzarətdə saxlaya, həmçinin onun istifadə tezliyini izləyə bilərlər.

Hazırda qurğunu “Kickstarter” (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasından 119 dollara əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.