Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İ.H.XƏLİLOVA GENERAL-MAYOR HƏRBİ RÜTBƏSİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Komandanının I müavini - Sərhəd Qoşunları Qərargahının rəisi polkovnik İnayət Hidayət oğlu Xəlilova general-mayor hərbi rütbəsi verilsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 avqust 2001-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin