ELM VƏ TƏHSİL
III İXTİSAS QRUPU ÜZRƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANI KEÇİRİLMİŞDİR
İyulun 24-də 2003-2004-cü tədris ili üçün III ixtisas qrupu üzrə respublikanın ali məktəblərinə qəbul imtahanı keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, 20 min 425 abituriyent, o cümlədən Bakı şəhərində 19 min 187, Naxçıvan şəhərində isə 1238 abituriyent qəbul imtahanı vermişdir. İmtahan üçün ölkə paytaxtında 49, Naxçıvanda 2 bina ayrılmışdı. İmtahana bilavasitə rəhbərlik üçün 153 təcrübəli mütəxəssis və alim, nəzarət üçün isə 1437 nəzarətçi-müəllim cəlb edilmişdi.
İmtahanları KİV nümayəndələri də izləmişlər.
Bütün ixtisas qrupları üzrə imtahanların nəticələri avqustun ilk ongünlüyündə elan olunacaqdır. Nəticələr “Abituriyent” jurnalında çap ediləcək və TQDK-nın İnternet səhifəsində yerləşdiriləcəkdir.