İQTİSADİYYAT
İİTKM-in departament rəhbəri İndoneziyada beynəlxalq konfransda çıxış edib
Bakı, 14 iyun, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Layihələr departamentinin rəhbəri Rəşad Hüseynov İndoneziya Respublikasının paytaxtı Cakarta şəhərində Asiya İnkişaf Bankı (ADB) və İslam İnkişaf Bankının birgə təşkil etdiyi “İqtisadi qloballaşma statistikası və dəyər zənciri üzrə regional konfrans”da Azərbaycanı təmsil edib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, departament rəhbəri Azərbaycanda “Turizm sektorunun inkişafının iqtisadi şaxələndirməyə və iqtisadi artıma təsirləri” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, konfransda Asiya ölkələrindən olan hökumət üzvləri, beyin mərkəzlərinin, universitet və özəl sektorun nümayəndələri də iştirak edir.