Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ, SƏUDİYYƏ ƏRƏBİSTANININ KRALI ƏLAHƏZRƏT ABDULLAH BİN ƏBDÜLƏZİZ AL SƏUDA

 

Əlahəzrət,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi salamlayır, Sizin simanızda bütün dost xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, əlaqələrimizin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Səudiyyə Ərəbistanı xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 sentyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin