Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ SƏUDİYYƏ ƏRƏBİSTANININ MƏLİKİ ƏLAHƏZRƏT FƏHD İBN ƏBDÜLƏZİZ AL SƏUDA

Əlahəzrət, 

Ölkənizin milli bayramı - Məmləkət elan edilməsi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, dostluq və əməkdaşlıq əlaqələrimizi daim inkişaf etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Səudiyyə Ərəbistanı xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin