İDMAN
İLİN ƏN YAXŞI PARALİMPİYAÇILARI VƏ MƏŞQÇİLƏRİ MƏLUMDUR
Onların hamısı cüdo, atletika və güllə atıcılığı üzrə keçirilən Avropa çempionatlarında əldə etdikləri uğurlara görə seçilmişdir. Cüdo üzrə qitə çempionatının qızıl medalçısı İlham Zəkiyev (+100 kq) 1-ci, uzunluğa tullanmada qızıl medalçı Oleq Panyutin 2-ci, 400 metr məsafəyə qaçışda qızıl, 200 metr məsafəyə qaçışda isə bürünc medalçı Yuri Qornak 3-cü, 400 metr məsafəyə qaçışda qızıl medalçı Aleksandr Polişuk 4-cü, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada bürünc medalçı Yelena Taranova 5-ci yer tutmuşlar.
Eyni zamanda, uzunluğa tullanmada bürünc medalın sahibi Zeyniddin Bilalov 6-cı, cüdo üzrə bürünc medal qazanmış Kərim Sərdarov (81 kq) 7-ci, 400 metr məsafəyə qaçışda bürünc medalçı Vüqar Adışirinov 8-ci, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada birinci lisenziya xalı topladığına görə Afaq İsmayılova 9-cu və uzunluğa tullanmada 5-ci yer tutduğuna görə Nadir Ələkbərov 10-cu olmuşdur.
Komitə ilin ən yaxşı məşqçilərini də müəyyən etmişdir. Atletika üzrə yığma komandanın baş məşqçisi Sergey Təhməzov 1-ci, cüdo üzrə yığma komandanın baş məşqçisi Əhməddin Rəcəbli 2-ci və atletika yığması baş məşqçisinin köməkçisi Ruslan Cəfərov 3-cü yer tutmuşlar.