RƏSMİ SƏNƏDLƏR
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Əlamətdar bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafın, tibbin, təhsilin və elmin bütün istiqamətlərində böyük nailiyyətlər qazanıb. Biz Azərbaycan Respublikası ilə Seçenov Universitetinin əməkdaşlığına görə ürəkdən şadıq.
Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, firavanlıq və rifah diləyirəm.
Hörmətlə,
Pyotr Qlıboçko
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru,
Rusiya Elmlər Akademiyasının akademiki, professor.