RƏSMİ SƏNƏDLƏR
İORDANİYANIN MƏLİKİ ƏLAHƏZRƏT II ABDULLAYA
Əlahəzrət,
İordaniya Haşimilər Məmləkətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2003-cü il