İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ SEMİNAR
Yanvarın 21-31-dək Bakıda İqtisadi İnkişaf Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Kanadanın Texniki Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil edilmiş seminar keçiriləcəkdir. Seminarda kiçik və orta sahibkarlığa dövlət yardımı və onların fəaliyyətinin əlaqələndirilməsi, biznesin təşkili, investisiya və maliyyə - kredit təminatı sahəsində Kanada və dünyanın digər inkişaf etmiş ölkələri ilə təcrübə mübadiləsi məsələləri müzakirə ediləcəkdir.
İqtisadi İnkişaf Nazirliyində açılmış seminarın ilk iş günündə Kanada Beynəlxalq İnkişaf Agentliyinin məsləhətçisi, Çikaqo universitetinin professoru Silvester Damus tədbirin əsas məqsədləri barədə məruzə etmişdir.
Seminar günlərində Gəncədə, Şəkidə, Əlibayramlıda, Qubada, Şamaxıda və Bərdədə yerli sahibkarlar üçün tədbirlər keçirmək nəzərdə tutulmuşdur.