Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SEYİD MƏHƏMMƏD XATƏMİYƏ

Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və bütün İran xalqını təbrik edirəm.

Dərin tarixi kökləri ilə bir-birinə yaxın olan ölkələrimiz arasındakı mehriban qonşuluq, dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm.

Əminəm ki, qarşılıqlı əlaqələrimizin inkişafı bundan sonra da xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İran xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin