DÜNYA
İŞİD Suriyada baş verən partlayışın məsuliyyətini üzərinə götürüb [YENİLƏNİB] VİDEO
Son məlumatlara görə, ölənlərin sayı 35-ə, xəsarət alanların sayı isə 70-ə çatıb.
İŞİD terror qruplaşması hadisə ilə əlaqədar məsuliyyəti öz üzərinə götürüb.
14:19
Bakı, 27 iyul, AZƏRTAC
Suriyanın Türkiyə ilə sərhədi yaxınlığındakı Haseke vilayətinin Qamışlı rayonunda bomba yüklü avtomobilin partladılması nəticəsində 12 nəfər ölüb, 50 nəfər yaralanıb. Otuzdan çox binaya ciddi ziyan dəyib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, partlayışın təsirindən Türkiyənin Mardin vilayətindəki Nusaybin şəhərində də iki nəfər xəsarət alıb.
Bomba PKK terror təşkilatının Suriyadakı bölməsi olan PYD-yə aid qərargah binasının yanında işə salınıb.
Partlayış nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. Suriya dövlət televiziyası hadisə nəticəsində 22 nəfərin öldüyünü bildirib.