DÜNYA
İSLAM KONFRANSI TƏŞKİLATININ BAŞ KATİBİ NÜVƏ TEXNOLOGİYALARI SAHƏSİNDƏ İKİLİ STANDARTLAR SİYASƏTİNİ PİSLƏMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu nüvə texnologiyaları sahəsində ikili standartları pisləmişdir. O, martın 13-də İranın “Əl-Ələm” peyk telekanalına müsahibəsində demişdir: “Bu siyasət getdikcə daha tez-tez özünü büruzə verir və hazırda biz belə yanaşmanın yeni əlamətlərinin şahidi oluruq”.
Onun sözlərinə görə, hər hansı başqa bir İslam ölkəsi kimi, İranın da elmi tədqiqatlar aparmaq və nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək üçün atom proqramına malik olmaq hüququ var. Bundan əlavə, İKT-nın baş katibi Nüvə silahının yayılmaması haqqında müqaviləyə qeyd-şərtsiz riayət edilməsinin vacibliyini vurğulayaraq demişdir: “Yaxın Şərq regionu atom silahı saxlanılmayan zona olmalıdır”.
İhsanoğlu Yaxın Şərq ölkələrinə güc və qadağalar tətbiq etməkdən çəkinməyə çağıraraq bildirmişdir: “Bu, problemi yalnız ağırlaşdıracaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]