Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İSLANDİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB OLAVUR RAQNAR QRİMSSONA

Hörmətli cənab Prezident,

İslandiya Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və bütün İslandiya xalqını səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq üçün zəmin yaradan dostluq əlaqələrimiz ildən-ilə genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İslandiya xalqına əmin-amanlıq və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin