İQTİSADİYYAT
İSMAYILLIDA 130 NƏFƏR ƏLİLƏ MADDİ YARDIM GÖSTƏRİLMİŞDİR
Tədbirdə ölkəmizdə fiziki sağlamlığını itirmiş insanlara dövlət qayğısından, bu sahədə həyata keçirilən ardıcıl tədbirlərdən danışılmışdır. Vurğulanmışdır ki, istər Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə, istərsə də bu və ya digər səbəblərdən əlil olan vətəndaşlarımıza qayğı həm də hər bir kəsin insanpərvərlik, vətəndaşlıq borcudur.
130 əlilə ümumilikdə 1820 manat maddi yardım göstərilmiş, 2 əlil ailəsinə isə soyuducu hədiyyə edilmişdir. Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İsmayıllıda fəaliyyət göstərən əqli və fiziki cəhətdən əlil uşaqların bərpa mərkəzinə 3 əlil arabası hədiyyə etmişdir.
Tədbir bayram süfrəsi arxasında, habelə rayon musiqiçilərinin maraqlı konsert proqramı ilə davam etdirilmişdir.