RƏSMİ XRONİKA
İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KASPAR FİLLİGERƏ
Hörmətli cənab Prezident,
İsveçrə Konfederasiyasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost isveçrə xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2002-ci il