İQTİSADİYYAT
İcbari sığorta növləri üzrə 39,3 milyon manatdan çox sığorta haqqı toplanmışdır
Bakı, 28 iyul (AZƏRTAC). İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2013-cü ilin 6 ayı ərzində 498,8 mindən çox müqavilə imzalanmışdır.
İSB-dən AZƏRTAC-a bildirmişlər ki, bu müddətdə 39,3 milyon manatdan çox sığorta haqqı toplanmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin sayında 5 faiz və sığorta haqlarının məbləğində 7 faiz azalma müşahidə olunmuşdur.
Daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayı 21 faiz, sığorta haqlarının məbləği 56 faiz, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqavilələrinin sayı 12 faiz, sığorta haqları 22 faiz və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələri 3,8 dəfə, sığorta haqları 4,46 dəfə artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]