CƏMİYYƏT


İcbari tibbi sığortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək

Bakı, 15 may, AZƏRTAC 

İcbari tibbi sığorta ilə əlaqədar xidmətlər paketi hazırdır. Həmin paketdə hansı xidmətlərin göstərilməsi nəzərdə tutulub. İcbari tibbi sığortanın tətbiqi əhalinin aldığı tibbi xidmətlərin sayını əhəmiyyətli dərəcədə genişləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Əli Əhmədov bildirib ki, icbari tibbi sığortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək. Elə xidmətlər var ki, onların tətbiqi icbari tibbi sığortada nəzərdə tutulmur. Bunlar birbaşa insanların sağlamlıqları ilə əlaqəli olmayan xidmətlərdir. Nümunə olaraq plastik əməliyyatları deyə bilərəm. Hesab edirəm ki, icbari tibbi sığorta çox böyük və əhəmiyyətli bir sosial layihə olaraq 2020-ci ildən etibarən ölkəmizdə tətbiq ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.