MƏDƏNİYYƏT
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendi yeni “Şəki” kolleksiyasını təqdim edəcək
Bakı, 13 sentyabr, AZƏRTAC
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendi yeni “Şəki” kolleksiyasını təqdim edəcək.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tərəfindən hazırlanmış yeni kolleksiyanın təqdimatı oktyabrın 3-7-də Kiçik Qala qalereyasında təşkil olunacaq.
Brendin yeni kolleksiyasına ənənəvi və qədimi üsulla hazırlanmış beş ənənəvi sənətkarlıq nümunəsi (keramika, batika, taxta, zərgərlik, dekorativ boyakarlıq) daxildir.
Qədim sənətkarlıq məkanı Şəkinin müxtəlif tarixi-memarlıq abidələri və dekorativ tətbiqi sənətkarlıq nümunələrindən bəhs edən məhsullar rəngarəngliyi və qədimiliyi ilə könlünüzü oxşayacaq.