CƏMİYYƏT


İctimai nəqliyyatda cibgirlik edən şəxs məsuliyyətə cəlb olunub

Bakı, 3 noyabr, AZƏRTAC

İctimai nəqliyyatda cibgirlik edən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri ərazisində avtobusda Oğuz rayon sakini A.Azaxovanın içərisində 150 manatı və gümüş qolbağı olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum edilmiş Nazim Cəfərov olduğu müəyyənləşib.

Polis əməkdaşları tərəfindən N.Cəfərovun bu qəbildən digər əməllərinin də üstü açılıb. Belə ki, onun ictimai nəqliyyatda Masazır qəsəbə sakinləri Z.Orucovanın və C.Bəndəliyevin çantalarından mobil telefon, Xırdalan şəhər sakini V.Həsənovun cibindən isə 170 manat və mobil telefon oğurladığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.