İDMAN


İdman yerişi üzrə yarışlarda məsafələrin azaldılması planlaşdırılır

Bakı, 7 fevral, AZƏRTAC

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) 2023-cü ildə atletika üzrə dünya çempionatından başlayaraq idman yerişi üzrə əsas yarışlarda məsafələrin azaldılmasını planlaşdırır.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, qurumun təklifinə əsasən məsafələrin 50 və 30 kilometrdən müvafiq olaraq, 20 və 10 kilometrədək azaldılması nəzərdə tutulur. Bundan əlavə, IAAF Tokio Olimpiadasında idman yerişi yarışlarının sayının nizamlanmasını və hakimlərin işini asanlaşdırmaq üçün idmançıların əlaqələndirilməsi məqsədilə elektron çiplərin tətbiqini tövsiyə edib. Elektron çiplər 2021-ci ilə qədər tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.