İQTİSADİYYAT
İki ayda “Azexport.az” portalına 83,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub
Bakı, 31 mart, AZƏRTAC
Yanvar-fevral aylarında “Azexport.az” portalına 83,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayına istinadla bildirir ki, fevralda “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 38,7 milyon ABŞ dolları təşkil edib. Fevralda “Azexport.az” portalına ən çox ixrac sifarişi tütün, pambıq lifi, pambıq yağı, pambıq çiyidi, nar şirəsi, alma, şərab, toyuq əti, toyuq yumurtası, şəkər, fındıq və sair mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvarından 2022-ci il fevralın 28-dək (62 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,8 milyard ABŞ dolları təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]