İlahiyyat İnstitutu maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini bu il də davam etdirəcək
AzerTAg.az
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) orta məktəblərin yuxarı sinif şagirdləri üçün həyata keçirdiyi maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini bu il də davam etdirəcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmasıdır.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu ötən il ölkəmizin müxtəlif rayon və şəhərlərinə səfərlər təşkil edib. İnstitut, onun yaranma məqsədləri, ali təhsil müəssisəsində olan ixtisaslar və fakültə, tədris olunan fənlər barədə orta məktəblərin yuxarı sinif şagirdləri ilə maarifləndirmə görüşləri keçirib. Bu görüşlərdə kafedra müdirləri, dekan, dekan müavini və şöbə müdirləri fəal iştirak ediblər.

Xəbərin mətnində orfoqrafik səhv var