SİYASƏT
İlhamə Allahverdiyeva: Yaşadığımız yerdən asılı olmayaraq, biz Prezidentimizin siyasətini dəstəkləyirik
Kiyev, 29 dekabr, AZƏRTAC
Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və diasporun inkişafı sahəsindəki xidmətlərimə görə Azərbaycan Prezidenti İlham Əliyevin məni təltif etməsindən qürur duyuram. Dövlətimizin başçısının bu etimadı bizi işimizdə daha da məsuliyyətli olmağa sövq edir. Ukraynada yaşayan azərbaycanlı gənclər hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək və Vətənimiz naminə əllərindən gələni əsirgəməyəcək.
Bu fikri AZƏRTAC-a açıqlamasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva deyib.
“Bu, təkcə mənə yox, bütövlükdə Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin geniş komandasına göstərilən böyük etimaddır. Təşkilatımız adından dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. İnanırıq ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı Prezidentimizin uğurlu siyasətini dəstəkləyir”, - deyə İ.Allahverdiyeva qeyd edib.
Xatırladaq ki, Ukrayna Azərbaycanlıları Gənclər Birliyi 2010-cu il aprelin 24-də təsis edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev