REGİONLAR
İlin ilk üç ayında Şəkidə 13,7 milyon manatlıq sənaye məhsulu istehsal olunub
Şəki, 30 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin birinci rübündə Şəki rayonunda istehsalın əsas sahələrində faktiki qiymətlərlə 88 milyon 128 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Adambaşına faktiki qiymətlərlə 465,5 manatlıq məhsul buraxılıb. Rüb ərzində rayonda 58 yeni iş yeri açılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-mart aylarında rayonda faktiki qiymətlərlə 13 milyon 712,8 min manatlıq sənaye, 25 milyon 485,9 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 5 milyon 983,5 min manatlıq tikinti işləri görülüb. Sənayedə məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 770,2 min manat artıb. Hesabat dövründə rayonda əsas kapitala 6 milyon 246,4 min manat investisiya yönəldilib. İnvestisiyanın 95,8 faizi tikinti işlərinə sərf edilib.